“Xalq yox, SEPAH bazaları hədəfə alınır”
Bunu Modern.az-a açıqlamasında Güney Azərbaycan İcmasının rəhbəri Sayman Aruz bildirib.
O, qeyd edib ki, Cənubi Azərbaycanda yalnız Təbrizdə yox, Urmiyada, Marağada, Həmədanda və Qəzvində də bir çox yerlər İsrail hava hücumlarına məruz qalıb.
“Amma bu, xalqın hədəfə alınması deyil, SEPAH bazaları hədəfə alınır. İşıqla, suyla və yaxud neftayırma zavodları ilə bağlı heç bir yer vurulmayıb. Hətta Neftayırma Zavodunun mərkəzinin kənarında yerləşən SEPAH bazası vurulub. Yəni bir daha demək istəyirəm ki, xalq yox, SEPAH bazaları hədəfə alınır”.
“Güneyli soydaşlarımızın mövqeyi aydındır”
S.Aruz vurğulayıb ki, Cənubi azərbaycanlıların mövqeyi aydındır:
“Güneylilər Türkiyə və Azərbaycanın, eləcə də onları dəstəkləyən ölkələrin yanındadırlar. Soydaşlarımız bugünkü müharibəni də özünə qarşı aparılan müharibə saymır. Baş verən hadisələr İranda mövcud olan qara, irtica sisteminin əleyhinə yönəlib. Azərbaycan cəmiyyəti də dünya ilə ayaqlaşaraq səsələndirir ki, İranda olan bu irtica sistemi dəyişməli, türk ruhu bura geri qayıtmalı və İran yenidən TURAN-nın böyük bir hissəsinə çevrilməlidir”.
“Güneylilərdə narahatlıq hissi yoxdur”
Güney Azərbaycan İcmasının rəhbəri vurğulayıb ki, güneylilərdə narahatlıq hissi yoxudur, əksinə sevinirlər:
“Sevinirlər ki, şükür Allaha başladı və irtica rejiminin getməsinə yaxınlaşırıq. Çünki oradakı mövcud hakimiyyət xalqın cəlladıdır. İran rejimi xalqı həbs edən, edam edən, dırnağını çəkən, onun dilini, mənəviyyatını alan, tarixi abidələrini dağıdan sistemdir. O sistem dağılırsa, xalq niyə narahat olmalıdır? Xalq dünya ilə birdir. Texnologiyanın inkişafı, sosial şəbəkələr vasitəsilə də hər şeydən xəbərdar olurlar. Onları manipulyasiya etmək mümkün deyil”.