Ana səhifə XəbərlərGüney “İranla bağlı nüvə sazişini vecinə alan yoxdur”

“İranla bağlı nüvə sazişini vecinə alan yoxdur”

redaktor

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) tərəflərin öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə əlaqədar “boş şey” olduğunu söyləyib.

TASS-a istinadən xəbər verilir ki, o, bu barədə İsveç Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Təəssüf ki, İranda hər şeyin qaydasında olduğunu demək olmaz. ABŞ-nin 2018-ci ildə çıxdığı BHFP üzrə 2015-ci ildə əldə olunmuş razılığa çoxlarının necə sevindiyini xatırlayırsınız yəqin. Amma saziş köhnəlmiş və ya ölü elan edilməsə də, indi sadəcə boş şeydir. Onu vecinə alan, öz öhdəliklərini yerinə yetirən yoxdur”, – o deyib.

R.Qrossinin sözlərinə görə, İran nüvə silahı üçün kifayət qədər nüvə materialına malik olsa da, nüvə silahına malik deyil.

“İmkanlara malik olmaq və nüvə silahına malik olmaq arasında fərqi görmək vacibdir”, – BAEA rəhbəri əlavə edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00