Ana səhifə XəbərlərSiyasət Xankəndinin komendatı KİMDİR… – DOSYE

Xankəndinin komendatı KİMDİR… – DOSYE

admin2

Xəbər verdiyimiz kimi, general-mayor Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.

Oxucuların marağını nəzərə alaraq komendantın dosyesini təqdim edirik.

Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. O, Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

 

1996-2005-ci illərdə Daxili Qoşunlarda müxtəlif vəzifə və rütbələrdə xidmət edib

2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, daha sonra rəisi olub. Ardınca Bakı şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

General-mayor bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.

“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Sərdar Səfərov Xankəndiyə səfəri çərçivəsində Prezidentə raport verib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00