Ana səhifə Xəbərlərİqtisadiyyat İşsizlərin 56 faizi qadınlardı

İşsizlərin 56 faizi qadınlardı

admin2

2022-ci ildə işçi qüvvəsinin (iqtisadi fəal əhali) tərkibində qadınlar 48,3 faiz (2508,7 min nəfər), məşğul əhalinin arasında 47,8 faiz (2344,6 min nəfər) təşkil edib.

Bu rəqəmlər oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında əksini tapıb.

Bildirilib ki, məşğul qadınların 14,8 faizi ali, 14,3 faizi orta ixtisas, 3,6 faizi peşə, 58,8 faizi tam orta, 7,1 faizi ümumi orta, 1,3 faizi ibtidai təhsilli və 0,1 faizi təhsili olmayanlardır.

Muzdla çalışan qadınlar kişilərlə müqayisədə daha çox səhiyyə və sosial xidmətlərin göstərilməsi (77,3 faiz), təhsil (73,0 faiz) və istirahət, əyləncə və incəsənət (61,0 faiz) sahələrində çalışıblar.

2022-ci ildə işsizlərin ümumi sayının 55,9 faizini qadınlar (164,1min nəfər) təşkil edib. Eyni zamanda, ölkə üzrə işsizlik səviyyəsi qadınlar arasında 6,5 faiz, kişilər arasında 4,8 faiz müşahidə edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00