Ana səhifə Xəbərlərİqtisadiyyat AMB-nin baş direktoru:

AMB-nin baş direktoru:

“Rəqəmsal manatın tətbiqinə tələsmirik”

admin2

“Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal manatın tətbiqinə tələsmir”.

Bunu açıqlamasında AMB-nin Baş direktoru Fərid Osmanov bildirib.

“Beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı təhlillər aparırıq, amma onun tətbiqinə tələsmirik”, – deyə baş direktor qeyd edib.

Onun sözlərinə görə, təhlillər tam başa çatdıqdan sonra rəqəmsal manat barədə qərar verilə bilər:

“Çünki təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə qərarlı deyil”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00