87
“İnfilyasiya məsələsi hökuməti narahat edən məsələlərdəndir. Bununla bağlı onu deyə bilərəm ki, ilin sonunadək infilyasiya birrəqəmli olacaq”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü il büdcə layihəsinin müzakirəsində deputatların qaldırdığı təklifləri cavablandırarkən deyib.
Qurum rəhbəri onu da əlavə edib ki, nazirlik növbəti ildə infiyasiyanın 5,3 faizədək enəcəyini proqnozlaşdırır: “İnfilyasiya əsasən xarici bazar faktorlarından asılıdır. Artıq həmin bazarlarda da müsbət dəyişikliklər baş verməkdədir. Sabitləşmə baş verəcək. Dövlət də daxili bazarda bu təsirlərin yumşalması istiqamətində addımlar atacaq”.