Ana səhifə XəbərlərCəmiyyət Maaş az olduğundan alimlər bölgələrdə işləmək istəmir

Maaş az olduğundan alimlər bölgələrdə işləmək istəmir

– Məlahət İbrahimqızı

admin2

“Regionlarda bir çox universitetlərin filialları fəaliyyət göstərir. Amma Bakı və bölgələrdə olan universitetlərin müəllim heyətinin əməkhaqqında kifayət qədər fərq var”.  

Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

“Daxil olan müraciətlərə əsasən deyə bilərəm ki, paytaxtda və rayonlarda çalışan elmi dərəcəsi olan müəllimlərin, hətta professorların əməkhaqqında ciddi fərqlər var. Ona görə də məşhur alimlərimizin bölgələrdə işləməyə getməyə marağı olmur”, – deputat qeyd edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00