Ana səhifə XəbərlərGüney İranda görünməmiş korrupsiya qalmaqalı: Hindistan çayı əvəzinə Keniya çayı – VİDEO

İranda görünməmiş korrupsiya qalmaqalı: Hindistan çayı əvəzinə Keniya çayı – VİDEO

admin2

İranda ölkə tarixində ən böyük korrupsiya faktı kimi dəyərləndirilən bir məsələ mətbuatın və sosial şəbəkələrin diqqət mərkəzindədir.

“Azad İran” “YouTube” kanalı xəbər verir ki, söhbət “Debş Əkinçilik və Sənaye Qrupu” adlı şirkətin 3 milyard 370 milyon dollarlıq korrupsiya faktından gedir.

Korrupsiya mexanizmi elə olub ki, “Debş” şirkəti dövlət valyutası ilə kiloqramı 14 dollara birinci dərəcəli Hindistan çayı üçün sifariş qeydə alıb, əslində isə ölkəyə kiloqramı iki dollara olan ikinci dərəcəli Keniya çayı idxal edib. Bu iki növ çayın qiymətindəki 12 dollarlıq fərq sözügedən şirkətə heyrətamiz məbləğ qazandırıb.

Məsələnin ən diqqətçəkən cəhəti odur ki, ölkənin standartlaşdırma və gömrük orqanları, kənd təsərrüfatı nazirliyi, eləcə də qida təhlükəsizliyi təşkilatı idxal olunan çayın keyfiyyətini təsdiqləyiblər. Bu da İran İslam Respublikasının iqtisadiyyat və ticarətində fəaliyyət göstərən şəbəkələşmiş korrupsiya və mafiya strukturunun mövcudluğundan xəbər verir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00