138
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan bildirilib ki, dirijor Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Boris Guslitser (piano, Avstraliya) dinləyicilər qarşısında çıxış edib. Proqramda P.İ.Çaykovskinin Piano və orkestr üçün 1 saylı Konserti (b moll, op.23) və
4 saylı Simfoniyası (f-moll, op.36) səslənib.