Bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan deyib.
“Dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək.
Hazırda tərəflər müzakirə aparır, memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub”, – deyə Teryan bildirib.
İrəvanın Çabahar limanındakı operator fəaliyyətinə gəlincə, məsələ İran və Hindistanla müzakirə mərhələsindədir.
Ermənistan İran və Hindistanı birləşdirən multimodal yüksək sürətli yükdaşıma marşrutunun yaradılması üzərində işləyir. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel marşrutdan gedir. Hesab edirlər ki, bu marşrut Hindistan mallarının Qara dəniz vasitəsilə Rusiya Federasiyasına və Avropa ölkələrinə daşınması yolunu qısaldacaq. İrəvan və Yeni Dehli beynəlxalq avtomobil daşımaları üzrə ikitərəfli sazişin imzalanması ilə bağlı danışıqlara başlayıb.