Ana səhifə XəbərlərGüney İranla Rusiya arasında GƏRGİNLİK – Diplomat XİN-ə ÇAĞIRILDI

İranla Rusiya arasında GƏRGİNLİK – Diplomat XİN-ə ÇAĞIRILDI

admin2

İran Xarici İşlər Nazirliyi Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkilini çərşənbə günü Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun (RAFC) VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar çağırıb.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, forumun bəyanatında İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsinin predmeti olan Fars körfəzindəki üç adanın mülkiyyət məsələsi qeyd edildiyi üçün müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib.

Məlumatda qeyd edilib ki, sessiyada iştirak edən Rusiya və ərəb ölkələrinin xarici işlər nazirləri Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyib.

Nazirliyin bəyanatında qeyd olunur ki, Körfəz Dövlətləri Departamentinin baş direktorunun köməkçisi rus diplomata dövlətlərarası münasibətlər sistemində əsas prinsiplər olan suverenlik və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini xatırladıb. Xarici İşlər Nazirliyinin sözçüsü İranın Fars körfəzindəki üç ada üzərində daimi suverenliyini təsdiqləyib və vurğulayıb ki, İran hökuməti bununla bağlı hər hansı iddianı qəbuledilməz hesab edir.

Rusiya səfirliyindən verilən məlumata görə, Tehrandakı diplomatik nümayəndəliyin rəhbəri Aleksey Dedov hazırda ölkədən kənardadır. Səfir olmadığı müddətdə onun vəzifələrini İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılan nazir-müşaviri Rafael Gevorqyan yerinə yetirir.

Qeyd edək ki, iyulun 12-də İran Xarici İşlər Nazirliyi Dedova oxşar etirazını bildirib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00