Ana səhifə XəbərlərDünya Qərbin Kremlə sanksiyaları özünü “vurdu” – Peskovdan açıqlama

Qərbin Kremlə sanksiyaları özünü “vurdu” – Peskovdan açıqlama

admin2

Kreml cavab olaraq müsadirə oluna biləcək Qərbin aktivlərinin siyahısını hazırlayıb.

Bunu Rusiya prezidentin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml Rusiyanın dondurulmuş aktivlərinin müsadirə ediləcəyi təqdirdə mümkün cavab addımlarını əvvəlcədən təhlil edib.

“Qarşı tərəfin gözlənilməzliyini və beynəlxalq hüququ, digər qanunları, o cümlədən bizim qanunları pozmaq meylini başa düşərək mümkün cavab addımlarını əvvəlcədən təhlil etmişik”, – Dmitri Peskov deyib.

O, Qərbin Rusiyaya qarşı sanksiyalarını bumeranq effektini verdiyini də xatırladaraq qeyd edib ki, sanksiyaların tətbiqindən sonra Avropa və Amerika iqtisadiyyatlarına da mənfi təsir göstərib. “Bu cür hərəkətlər bizim aktivlərimizin oğurlanmasın daha zərərli nəticələrə səbəb olacaq”, – o bildirib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00