Ana səhifə XəbərlərDünya ABŞ İrandakı terrorla bağlı rəsmi açıqlama yaydı

ABŞ İrandakı terrorla bağlı rəsmi açıqlama yaydı

admin2

ABŞ və İsrailin İrandakı bugünkü partlayışlarda heç bir şəkildə əli yoxdur.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

“Biz hesabatları çox diqqətlə izləyirik. Bizim təqdim edəcəyimiz hər hansı məlumat yoxdur. Bu dəhşətli partlayışda həlak olanların yaxınlarına başsağlığı veririk. Buna nəyin səbəb ola biləcəyi barədə fikir söyləmək hələ tezdir.

Amma mən bəzi məsuliyyətsiz bəyanatlara cavab vermək və demək istəyirəm ki, birincisi, ABŞ-ın heç bir şəkildə bu işə qarışmadığını və bunun əksini ifadə edən hər hansı bəyanatın gülünc olduğunu söyləmək lazımdır. İkincisi, bizim İsrailin əli olduğuna inanmaq üçün heç bir əsasımız yoxdur”, deyə o bildirib.

 

Bu gün İranın cənub-şərqində yerləşən Kirman əyalətində iranlı general Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.

Partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

Qeyd edək ki, iranlı general Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində öldürülüb

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00