Ana səhifə XəbərlərCəmiyyət Şəhidimiz Gəncədə dəfn edildi – FOTO

Şəhidimiz Gəncədə dəfn edildi – FOTO

admin2

Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.

Dəfndən əvvəl mərhumla yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdə hərbçinin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.

Vida mərasimindən sonra H.İsmayılov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Mərasim Həsən İsmayılovun Gəncə şəhərindəki evində keçirilir.

Vida mərasimində onun hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra Həsən İsmayılov Gəncənin Şəhidlər xiyabanında dəfn ediləcək.

İyirmi səkkiz yaşlı gizir Həsən İsmayıl oğlu ailəli idi. Onun iki övladı yadigar qalıb.

Xatırladaq ki, yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

1313055

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00