Ana səhifə XəbərlərDünya BƏƏ prezidentindən Netanyahuya: “Zelenskiyə müraciət et…”

BƏƏ prezidentindən Netanyahuya: “Zelenskiyə müraciət et…”

admin2

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan İsrailin baş naziri Binyamin Netanyahunun işsiz qalan fələstinli işçilərə müavinət ödəməsi tələbini rədd edib.

HƏMAS-ın İsrailə hücumundan sonra bu ölkə hökuməti İordan çayının qərb sahilini bağlayıb. Nəticədə orada yaşayan, lakin İsraildə işləyən 100 mindən çox fələstinli işsiz qalıb.

“Axios”un mənbələrə istinadən məlumatına görə, İsrailin baş naziri BƏƏ-nin onlara dəstək verməyə və fələstinli işçilərə pul ödəməyə hazır olub-olmadığını soruşub. BƏƏ prezident onun təklifini rədd edərək belə bir yardım edə bilməyəcəyini bildirməklə yanaşı, Netanyahuya istehza ilə Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət etməyi təklif edib.

“Məhəmməd bin Zayed Əl Nəhyan deyib ki, Zelenski bir çox ölkələrdən çoxlu pul alır, ona görə də bəlkə o,  kömək edə bilər”, – “axios” yazır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00