Ana səhifə XəbərlərMünaqişə Almaniya Rusiyaya qarşı hazırlaşır

Almaniya Rusiyaya qarşı hazırlaşır

admin2

Almaniya Soyuq Müharibədən sonra ilk dəfə olaraq hərtərəfli müdafiə planı hazırlayır

Bu barədə Almaniya bundesverinin ərazi komandanlığının rəhbəri, general-leytenant Andre Bodemann məlumat verib.

Yeni planın gələn çərşənbə günü müzakirəyə çıxarılması və mart ayında yekunlaşdırılması planlaşdırılır.

“Mən Almaniyanın şimalındakı düzənlikdə tank döyüşü və rus paraşütçülərinin enişini gözləmirəm. Lakin bizim kritik infrastrukturumuz, limanlarımız, körpülərimiz, enerji şirkətlərimiz təhlükə altındadır”, – Bodemann bildirib.
O qeyd edib ki, Almaniyanın qorxduğu bir neçə təhlükə var. Bunlara saxta xəbərlər və dezinformasiyalar da daxildir:

“Enerji və telekommunikasiya şirkətlərinə də kiberhücumlar gözlənilir. Hərbçilər təxribatın və mümkün balistik raket hücumlarının qarşısını almaq istəyirlər”.(oxu.az)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00