60
İslamabadda İran və Pakistanın xarici işlər nazirləri Hüseyn Əmir Abdollahian və Cəlil Abbas Cilani arasında görüş başlayıb.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat verib.
Qarşıdakı danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki Ceyş əl-Ədl qrupunun iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi azaltmaqdır. İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olub.