68
Ermənistanın paytaxtı İrəvanın Erebuni rayonunda baş vermiş partlayışla bağlı cinayət işi açılıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“Yanğın təhlükəsizliyi qaydalarının və ya tələblərinin pozulması, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olub”, – məlumatda deyilir.
“Davam edən axtarış-xilasetmə tədbirləri ilə paralel olaraq müstəntiqlər fövqəladə hadisə yerində zəruri tədbirləri həyata keçirirlər. İstintaq Komitəsi ilkin araşdırma başa çatdıqdan sonra partlayışın səbəbləri barədə məlumat verəcək”, – deyə vurğulanıb.