Ana səhifə XəbərlərDünya Paşinyanın reytinqi aşağı düşüb – SORĞU

Paşinyanın reytinqi aşağı düşüb – SORĞU

admin2

Fevralın 6-da Ermənistanda “GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC-nin direktoru Aram Navasardyanın mətbuat konfransı keçirilib.

Tədbirdə yanvarın 23-26-da keçirilmiş sorğunun nəticələri təqdim olunub.

Məlum olub ki, “Baş nazir Nikol Paşinyana nə dərəcədə etibar edirsiniz” sualına respondentlərin 15,1%-i “tam etibar edirəm” cavabını verib.

Qeyd edək ki, 2023-cü ilin noyabrında keçirilmiş sorğulara əsasən, respondentlərin 20,4%-i Paşinyana “tam etibar edir”di.

Respondentlərin 13,9%-i “Mən Baş nazirə daha çox güvənirəm” (noyabrda 13,2%) cavabı verib.

“Mən güvənmirəm” deyənlər 28,3% (noyabrda 18,6%) olub.

Respondentlərin 38,1%-i (noyabrda 35,5%) “Nikol Paşinyana ümumiyyətlə inanmadığını” bildirib.

4,6% (noyabrda 12,3%) sorğuya cavab verməkdə çətinlik çəkib.

Beləliklə, araşdırma mərkəzinin Ermənistan ofisinin sorğuları Baş nazir Nikol Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00