Ana səhifə XəbərlərDünya İtaliya mətbuatı İlham Əliyevin qələbəsindən yazır

İtaliya mətbuatı İlham Əliyevin qələbəsindən yazır

admin2

İtaliyanın əsas mətbu orqanları fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində dövlətimizin başçısı İlham Əliyevin qazandığı inamlı qələbəni diqqət mərkəzində saxlamaqda davam edir.

“il Sole 24 Ore”, “Quotidiano Nazionale”, “il Dolomiti”, “Internazionale”, “Tiscali”, “Corriere del Ticino”, “Tag24”, “Destra”, “L`osservatore Romano” kimi media orqanlarının yaydıqları məlumatlarda dövlətimizin başçısı İlham Əliyevin seçkilərdə səslərin 92 faizdən çoxunu toplayaraq böyük üstünlüklə qalib gəldiyi vurğulanır. Müxtəlif dövlət və hökumət başçılarının Prezident İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik etdikləri diqqətə çatdırılır.

Əraziləri üzərində suverenliyini tam bərpa edən Azərbaycanın qarşıdakı dövrdə inkişafını möhkəmləndirməyi və Ermənistanla qəti sülh sazişi imzalamağı qarşısına məqsəd qoyduğu bildirilir.

İnformasiyalarda seçki prosesi barədə də məlumat verilir, Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvlərinin Xankəndi şəhərindəki seçki məntəqəsində səs verdikləri qeyd olunur. İşğaldan azad edilmiş ərazilərimizdə 26 seçki məntəqəsinin qurulduğu, 30 ildən sonra Azərbaycanın bütün ərazisində ilk seçkilərin keçirildiyi diqqətə çatdırılır. Seçkiləri 90 mindən çox müşahidəçinin, o cümlədən 790 beynəlxalq, o cümlədən ATƏT nümayəndəsinin daxil olduğu müşahidəçi qrupunun izlədiyi qeyd olunur. Məlumat verilir ki, seçkilərdə qeydə alınmış təxminən 6,5 milyon seçicidən 4 milyon 971 min 32 nəfəri (76.73 faizi) səs verib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00