Ana səhifə XəbərlərCəmiyyət Hirkan Milli Parkının 20 ili

Hirkan Milli Parkının 20 ili

admin2

Hirkan Milli Parkının yaranmasının 20 illiyi münasibətilə elmi-praktiki konfrans keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Xarici İşlər Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisinin, yerli icra hakimiyyəti orqanının nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən nadir meşə massivi sayılan Hirkan Milli Parkının unikal ekosistemi, Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyəti və UNESCO ilə iş sahəsində gələcək perspektivlər müzakirə olunub.

Eyni zamanda, konfransda Hirkan Milli Parkında həyata keçirilən layihələr, quraşdırılmış fototələlər barədə məlumat verilib, beynəlxalq ekspertlər videoformatda çıxışlar edib.

 

Tədbir çərçivəsində XİN-in nümayəndəsi tərəfindən Hirkan meşələrinin UNESСO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı UNESСO-nun baş direktoru Odre Azule tərəfindən imzalanmış sertifikat təqdim olunub, iştirakçılara UNESСO-nun 45-ci sessiyasından kadrları əks etdirən video və foto görüntülər nümayiş etdirilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00