126
İran qonşu ölkələrlə quru sərhədlərini bağlamağı planlaşdırır.
Bu barədə İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Əmir Kiumərs Heydəri bildirib.
O qeyd edib ki, İran heç vaxt qonşu ölkələri təhdid etmək, münasibətləri pozmaq və ya işğal etmək niyyətində olmayıb.
“Bu, qonşu ölkələrə qarşı ədalətsizlik deyil. İstənilən ölkənin öz sərhədlərini bağlamaq hüququ var”, – deyə İran mediası onun sözlərini sitat gətirib.