63
Ukrayna prezidenti Volodimir Zelenski bu gün Münhen Təhlükəsizlik Konfransının başladığı Almaniyaya gəlib.
Bu barədə BBC məlumat yayıb.
“Qarşıda iki mühüm gün var. Almaniya və Fransadakı tərəfdaşlarla görüşlər, yeni razılaşmalar və Münhen Təhlükəsizlik Konfransında iştirak nəzərdə tutulur. Ukraynanın yeni təhlükəsizlik arxitekturası, yeni imkanlar. Biz ədalətli şərtlərlə müharibəni mümkün qədər tez bitirmək və etibarlı sülhü təmin etmək üçün hər şeyi edirik”, – Zelenski X sosial şəbəkəsində açıqlamasında bildirib.