Ana səhifə XəbərlərMədəniyyət “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb

“Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb

admin2

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb.

Jurnalda folklorumuza, xüsusən də aşıq yaradıcılığı və ustad aşıqların həyat və yaradıcılığının tədqiqinə dair elmi və elmi-publisistik yazılara geniş yer verilib.

Baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu olan jurnalda Xalq şairi Zəlimxan Yaqubun XX əsrin görkəmli ustad aşıqlarından olan Xındı Məmməd haqqında yazdığı və indiyədək heç yerdə çap olunmayan yazısı və ona həsr etdiyi şeir yer alıb.

Jurnalın bu sayında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, AMEA Folklor İnstitutunun əməkdaşı Şəbnəm Haqverdiyevanın “Sazbəndlik sənəti və sazbəndlər”, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlının “Ağız ədəbiyyatını yazılı ədəbiyyata qovuşduran aşıq – Molla Cuma”, Əməkdar jurnalist Nizami Məmmədzadənin “Aşıq Əmrah ucalığı”, araşdırmaçı İşıqlı Atalının “Çağdaş Azərbaycan zurna-balaban yaratıcısı”, Musa Nəbioğlunun “Ustadlar ustadı Sadıq Sultanov”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mənsurə İsmayılovanın “Ustad sənətkarların həyat hekayəti: dastan-rəvayətlər”, Araz Yaquboğlunun “Hər sözü dillərdə bal olan şair”, Həzi Həsənlinin “Dəlidağın bala Ədaləti” adlı məqalələr də öz əksini tapıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00