131
Ermənistan heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Aİ arasında yaxınlaşmanı şərh edərkən deyib.
Ukrayna misalında buna toxunan Zaxarova deyib ki, Kiyevə çox şey vəd edildi, amma sonda onları aldatdılar.
“Ermənistanın da başına belə bir hadisənin gəlməsini istəməzdim. Amma təəssüflə də olsa görürük ki, Qərb kifayət qədər Ukrayna ilə oynayaraq onu “sındırıb”. Əli, ayağı olmayan döyülmüş gəlincik kimi küncə ataraq yeni qurban axtarmağa başlayıb. Qoy Ermənistan aldadılacaq bu yeni qurbana çevrilməsin”, – diplomat bildirib.
Zaxarova onu da təəssüflə qeyd edib ki, Ermənistanın bir sıra siyasi xadimləri Ermənistanın Qərb geosiyasətinin başqa bir alətinə, əyləncəsinə çevrildiyini düşünmürlər.