Ana səhifə XəbərlərGüney Təbrizdə həbs edilənlərin sayı 5-ə çatdı

Təbrizdə həbs edilənlərin sayı 5-ə çatdı

admin2

Martın 13-ü axşam saatlarında Təbrizin “Traktor” və Tehranın “Həvadar” komandalarının qarşılaşmasından sonra həbs edilənlərin sayı artaraq 5-ə çatıb.

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Siyamək Seyfi, Milad Zeynəlabdini, Səməd Heydəri, Əmin Tağızadə və Əmir Tağızadənin təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilib.

Onların hara aparıldığı və ittihamları barədə məlumat əldə etmək mümkün olmayıb.

Bu gün saxlanılanlardan ikisi Siyamək Seyfi və Milad Zeynəlabidini girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Qeyd edək ki, qarşılaşma zamanı “Traktor” azarkeşləri şüarlar səsləndirib, plakatlar açıblar. Plakatlarda Azərbaycan Respublikası və Güney Azərbaycanın xəritələri təsvir olunub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00