Ana səhifə XəbərlərSiyasət Yeni bəyanat erməniləri qorxuya salıb: “Bizi məhv edirlər”

Yeni bəyanat erməniləri qorxuya salıb: “Bizi məhv edirlər”

admin2

Hakimiyyət tərəfindən Ermənistana və erməni xalqına qarşı total müharibə getdikcə güclənir.

Bunu “Alternativ layihələr” qrupunun eksperti Vahe Ovanesyan teleqram kanalında “İrəvanda bir dənə də olsun, universitet olmamalıdır” fikrini şərh edərkən deyib.

“Bunlar üç ildir ki, Şurnuxda 20 ev tikə bilmirlər. Onlar akademik şəhərciklərmi quracaqlar?

Dünyanın hansı paytaxtında universitet yoxdur? Niyə onlar İrəvanda olmasınlar? Parisdə, Romada, Moskvada, Londonda, Vyanada universitet yoxdur? Paşinyanın nazirləri susa bilər, amma professor-müəllim heyəti yox. Cəmiyyət səssiz qala bilməz.

Paytaxtda öz aurası, tarixi, mədəniyyəti ilə universitet olmamalıdırsa, onda burada nə olmalıdır – dövlət “daçaları”? Bu, dövləti məhv etmək planıdır”, – o qeyd edib.

O daha sonra əlavə edib: “Bunu bütün ciddiliyimlə deyirəm: Yaxın gələcəkdə Matenadaran (Mesrop Maştots adına Qədim Əlyazmalar Tədqiqat İnstitutu), onun ardınca Milli Elmlər Akademiyasının bağlanmasının zəruriliyi barədə indiki hakimiyyətdən eşitmək olar: İrəvanda bir dənə də olsun elmi müəssisə olmamalıdır.

Sonra da  deyəcəklər: İrəvanda bir dənə də olsun kilsə olmamalıdır, biz haradasa uzaqda “mənəvi şəhər” tikirik. Teatrlar və konsert salonları olmamalıdır: biz “mədəniyyət şəhəri” qururuq. Onlar heç nə tikməyəcəklər, lakin hər şeyi intensiv şəkildə sökə bilərlər”, – deyə o yekunlaşdırıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00