Ana səhifə XəbərlərCəmiyyət Təbrizdə çörək yenidən bahalaşdı

Təbrizdə çörək yenidən bahalaşdı

admin2

Yaz bayramı ərəfəsində Təbrizin əksər çörəkçilərində müxtəlif növ çörəklərin qiyməti bahalaşıb.

Əvvəlcədən xəbərdarlıq edilmədən məsullar tərəfindən çörəyin bahalaşması barədə verilən qərar narazılıqla qarşılanıb.

Yerli sosial media istifadəçiləri isə məsələ ilə paylaşımlarında bunu “məsulların təbrizlilərə bayram hədiyyəsi” adlandırıblar.

Qəfil qiymət artımına qarşı etirazların çoxalması, vətəndaşlarla çörəkçilər arasında qarşıdurmaların artmasından sonra İran mediası da məsələ ilə bağlı xəbərlər dərc edib.

Dövlət mediası, qiymət artımının əyalət məsullarının qərarı kimi qələmə verməyə çalışıb.

Yerli məsullar isə bahalaşma ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, 2023-cü ildə İranın 14 əyalətində çörəyin qiyməti 40% bahalaşıb.

Bundan sonra baş verən etirazlara cavab olaraq İbrahim Rəisi bunun bir daha baş verməyəcəyi barədə söz verib, ancaq onun bu vədi özünü doğrultmayıb.

İranın iqtisadiyyat naziri Ehsan Xanduzxi qiymət artımının əyalət məsullarının təklifi və Daxili İşlər Nazirliyinin təsdiqi ilə həyata keçirildiyini deyib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00