Ana səhifə XəbərlərDünya Hindistan ordusu HƏRƏKƏTƏ KEÇDİ

Hindistan ordusu HƏRƏKƏTƏ KEÇDİ

admin2

Hindistan Hərbi Dəniz Qüvvələri Somali sahillərində silahlı quldurlar tərəfindən əsir götürülən İran balıqçı gəmisinin 23 ekipaj üzvünü azad edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, “Əl-Kambar 786” gəmisi martın 28-də Yəmənin Ərəbistan dənizindəki Sokotra adasının cənub-qərbində olub. Gəmiyə doqquz dəniz quldurunun hücum etdiyi bildirilib.

Gəmi “INS Sumedha” və “INS Trishul” gəmiləri tərəfindən saxlanılıb, nəticədə 12 saatdan sonra quldurlar təslim olmağa məcbur olub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00