Belarus müharibəyə hazırlaşır.
Bunui prezident Aleksandr Lukaşenko bildirib.
“Heç kimə inanmayın, guya döyüşmək istəyirik. Amma müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” – bunu mən fikirləşməmişəm. Çox düzgün deyilib”, – deyə Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı qeyd edib.
Belarus prezidentinin sözlərinə görə, müvafiq bölmələr lazımi təlimlər keçirilir, qoşunlara müxtəlif növ silah və texnika ilə təchiz olunur.
“Əgər oradan (Qərbdən – red.) kimsə qışqırıb bizi tənqid edirsə, bilin: biz düzgün iş görürük. Əgər orada bizi tərifləməyə başlayırlarsa, bu, fəlakətdir”.
Lukaşenko vurğulayıb ki, Belarus heç kimi təhdid etmir: “Bizim heç kimi təhdid etməyə ehtiyacımız yoxdur. Biz başqasının torpağını istəmirik. Allah qoysa, bunu becərək”.