Ana səhifə XəbərlərMünaqişə Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir

Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir

admin2

Ermənistanda fəaliyyət göstərən, sıralarına, əsasən, muzdlu döyüşçüləri cəlb etməklə məşğul olan VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatı Ermənistan vətəndaşlarına və dünyada yaşayan erməniəsilli şəxslərə müraciət ünvanlayıb.

Bu barədə informasiya terror təşkilatının saytında yerləşdirilib.

Belə ki, özünün mənfur niyyətlərini həyata keçirmək üçün VOMA müxtəlif hərbi təlimlərə start verdiyini açıqlayıb. Yaş, cins, dini və siyasi baxışlar fərq etmir.

Təlimlərə dağ atıcılıq kursları, meşəlik ərazidə komanda şəklində döyüşmək, kamuflyaj olunmağı mənimsəmək, pusqu qurmaq kimi hərbi bacarıqların öyrədilməsi daxildir.

Məlumat üçün qeyd edək ki, təşkilat Ermənistan vətəndaşlarının, həmçinin ABŞ və Avropa ölkələrindəki erməni diasporunun maliyyə dəstəyi sayəsində fəaliyyət göstərir.

VOMA özünü Ermənistan dövlətinin müdafiə qabiliyyətini artırmaq və diasporla Ermənistan arasında əlaqəni gücləndirmək məqsədi daşıyan ictimai hərbi-vətənpərvərlik təşkilatı adlandırır. Ancaq bu, təşkilatın əsas missiyasını gizlətmək üçün vasitədir. Onun qurucusu və başçısı Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin rəhbəri olmuş Vova Vartanovdur. O, Birinci Qarabağ müharibəsində iştirak edib.

Eyni zamanda, VOMA-nın sıralarında olan silahlılar 44 günlük müharibədə Ermənistan ordusu tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.//oxu.az

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00