Ana səhifə XəbərlərCəmiyyət Lənkəranda Regional Travmatoloji Mərkəz yaradılacaq

Lənkəranda Regional Travmatoloji Mərkəz yaradılacaq

admin2

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəzin yaradılması nəzərdə tutulub.

Bu barədə “Report”un Lənkərana ezam olunan əməkdaşına açıqlamasında xəstəxananın direktoru Ağabala Kəlbiyev məlumat verib.

O bildirib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub.

Direktor belə mərkəzin yaradılmasına zərurəti yol qəzalarının, eləcə də oynaq və sümük xəstəlikləri üzrə edilən müraciət saylarının çox olması ilə əlaqələndirib:

“Yeni mərkəzin yaradılması ilə region əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstəriləcək. İndiyədək yalnız paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatların sözügedən mərkəzdə həyata keçirilməsi planlaşdırılır”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00