Ana səhifə XəbərlərMünaqişə Rusların əlində əsir qlan ukraynalı əsgərin son halı ürək dağladı – FOTO

Rusların əlində əsir qlan ukraynalı əsgərin son halı ürək dağladı – FOTO

admin2

İki il Rusiya qüvvələri tərəfindən saxlandıqdan sonra ölkəsinə qayıdan ukraynalı hərbi əsirin son halı kəskin tənqid edilib.

Hərbi əsir Qorilik Roman Vasilyeviç fotolarında qeyri-insani münasibətə məruz qaldığı və xeyli arıqladığı nəzərə çarpır.

Vasilyeviçlə qeyri-insani rəftar edilməsi tənqidçilər tərəfindən pislənilib və onlar Rusiyanın Cenevrə Konvensiyalarını pozduğunu qeyd ediblər.

Məlumata görə, Vasilyeviç əsir düşməzdən əvvəl Milli Qvardiya əsgəri olub və mayın 31-də dəyişdirilən 74 məhbusdan biri olub. Ukraynaya qayıtdıqdan sonra müharibə zamanı Rusiya qüvvələrinin vəhşiliyini sübut etmək üçün aclıqdan əziyyət çəkən şəxsin fotoşəkilləri çəkilib.

“Bu dəhşətli fotoşəkillər ukraynalı Qorilik Roman Vasilyeviçin iki il Rusiya əsirliyindən sonrasını göstərir. Roman və digər ukraynalı hərbi əsirlərin vəziyyəti dəhşət doğurur və bəşər tarixinin ən qaranlıq səhifələri – nasistlərin ölüm düşərgələri ilə bağlıdır” – Ukrayna tərəfinin bəyanatında deyilir.

Həmçinin hərbi əsirlərin heç birinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmiləri tərəfindən görülməsinə icazə verilmədiyi bildirilir. Bu, hərbi əsirlərlə bağlı Cenevrə konvensiyalarının birbaşa pozulması kimi qeyd olunur.

Cenevrə Konvensiyalarına əsasən, BQXK-ya silahlı münaqişələr zamanı humanitar müdafiə və yardım göstərməyə icazə verilir. Müharibə şəraitində olan ölkələr BQXK-nın bütün şəraitdə hərbi əsirlərə baş çəkməsinə icazə verməlidir.

Billurə

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00