296
Amerikalı müğənni Castin Timberleyk həbs edilib.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Onun Nyu-Yorkda sərxoş halda avtomobil idarə etdiyi üçün həbs edildiyi bildirilir
Agentlik qeyd edir ki, hadisə Lonq-Aylendim şərqindəki Saq Harborda baş verib.
Ona qarşı bu gün ittiham irəli sürüləcək.
Castin Timberleyk “N Sync” qrupunun solisti kimi məşhurlaşdı. O, solo işinə görə doqquz “Grammy” mükafatı və dörd “Emmy” mükafatı alıb.