922
Tacikistanda hicaba qadağa qoyulub.
Bu barədə qanunu ölkənin Prezidenti Emoməli Rəhmon imzalayıb.
Qeyd edək ki, iyunun 20-də Tacikistan parlamentinin yuxarı palatası “Ənənələrin və ritualların nizama salınması haqqında” qanuna düzəlişlər qəbul edib. İndi ölkədə “milli mədəniyyətə yad olan geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi” qadağandır.
Qeyd olunur ki, bu cür aksiyalar milli dəyərlərin qorunmasına və ekstremizmin qarşısının alınmasına yönəlib.