Ana səhifə XəbərlərMünaqişə Priqojinin adamları qiyama hazırlaşır? – Şok

Priqojinin adamları qiyama hazırlaşır? – Şok

admin2

“Vaqner” özəl hərbi şirkəti ilə əməkdaşlıq edənlər Priqojinin Putinə qarşı qaldırdığı qiyamın il dönümündə hansısa addım atmağı planlayırlar.

Bu iddia ilə Rusiya hökumətyönlü mətbuatı çıxış edib.

Məlumata görə, bu barədə informasiya Priqojinə yaxınlığı ilə seçilən İlya Qorbunov və Kiril Metelevin Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanmasından sonra yayılmağa başlanıb.

Rusiya Teleqram kanallarının iddiasına görə, guya “Vaqner” tərəfdarlarının Moskva və Kremlə yürüş edəcəkləri də saxlanılan şəxslərin planları sırasına daxil olub.

Bununla belə rəsmi dairələr hələlik yayılan məlumatları təsdiqləməyiblər.

Qeyd edək ki, Yevgeni Priqojin ötən ilin iyununda Rusiyada hərbi qiyam qaldırmışdı. Priqojin qiyamı dayandırqdan iki ay sonra, avqustun 23-də təyyarə qəzasında özünün əsas komandası ilə birgə həlak olmuşdu.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00