203
Gələcək prezident kim olursa olsun və diplomatiyanı kimə verir versin, unutmaq olmaz ki, qonşularla normal münasibətlərin qurulması siyasəti milli təhlükəsizliyimizin tərkib hissəsidir.
Bunu İranın Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə baş direktoru Seyid Rəsul Musəvi deyib.
Onun sözlərinə görə, prezident seçkilərindən sonra İranın siyasətində yeni səhifə açılacaq.
“Dünya xaotikdir, qarşıdakı dönəmdə çoxlu hadisələr gözlənilir və ölkənin təhlükəsizliyi və sabitliyi üçün düşmənlərin mövcudluğu danılmazdır”, – o qeyd edib.
O əlavə edib ki, növbəti prezidentin kim olmasından asılı olmayaraq bu məsələlərə diqqət yetirilməlidir.