Ana səhifə XəbərlərDünya Britaniyanın XİN rəhbəri Stokholmda İsveçin NATO üzvlüyünü müzakirə edəcək

Britaniyanın XİN rəhbəri Stokholmda İsveçin NATO üzvlüyünü müzakirə edəcək

Bu barədə “The Independent” qəzeti yazıb

redaktor

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu həftə İsveçə səfər edəcək.

Bu barədə “The Independent” qəzeti yazıb.

Qeyd olunub ki, siyasətçi Skandinaviya ölkəsinin NATO-ya daxil olmasını dəstəkləməyə davam edəcək.

Kleverli isveçli həmkarı Tobias Billström və İsveçin müdafiə naziri Paul Yonson ilə görüşərək Avropanın təhlükəsizliyini və iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasını, o cümlədən birgə təlimləri müzakirə edəcək.

Görüş Baltik dənizindəki Qotland adasında baş tutacaq.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00