Ana səhifə XəbərlərMədəniyyət MDB ölkələrinin gənc rejissorları bir araya gəliblər

MDB ölkələrinin gənc rejissorları bir araya gəliblər

Bu görüş sayca onuncu olub

redaktor

Beynəlxalq Teatr İttifaqları Konfederasiyası Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalı çərçivəsində MDB ölkələrinin gənc rejissorlarının laboratoriyasını keçirib.

Llaboratoriyada ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Mehman Fətullayev və Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Anar Məmmədov təmsil ediblər.

Builki laboratoriya Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının yaradıcısı və prezidenti Valeri Şadrinin xatirəsinə həsr olunub.

Dram və Rejissorluq Mərkəzində 11 gün ərzində MDB ölkələrindən olan gənc aktyor və rejissorlar laboratoriyanın bədii rəhbəri, rejissor Vladimir Pankovun “saund drama” adlı müəllif üsulunu öyrəniblər.

Laboratoriyada Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.

Laboratoriyanın qlobal missiyası keçmiş MDB ölkələrinin ərazisində vahid mədəni məkanı qorumaq və bu ölkələrin dünya teatr prosesinə daxil olmasını təşviq etməkdir.

Gənc teatr xadimləri üçün ilk laboratoriya 2008-ci ildə keçirilib, 2023-cü ildə keçirilən görüş sayca onuncu olub.

İştirakçılar üçün A.P.Çexovun hekayələri əsasında multikultural tamaşa da nümayiş etdirilib. Həmçinin, laboratoriya iştirakçıları Çexov festivalının və Moskva teatrlarının proqramından ibarət olan tamaşalara baxmaq imkanı əldə ediblər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00