Ana səhifə XəbərlərSiyasət Prezident: “Vətən müharibəsi zamanı Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar”

Prezident: “Vətən müharibəsi zamanı Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar”

redaktor

“Vətən müharibəsi zamanı müsahibə verdiyim Qərb jurnalistlərinin əksəriyyəti çox aqressiv idi və Azərbaycanı təcavüzkar kimi təsvir etməyə çalışırdılar”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

“Ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq”, – deyən dövlətimizin başçısı əlavə edib ki, Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar və əlbəttə, bu, tamamilə qəbuledilməz idi. Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00