Ana səhifə Xəbərlərİqtisadiyyat Azərbaycanda illik inflyasiya proqnozu

Azərbaycanda illik inflyasiya proqnozu

admin2

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 10,3 % səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, Fondun aprel ayına olan proqnoz göstəricisi ilə müqayisədə 1 faiz bəndi azdır.

IMF gələn il Azərbaycanda inflyasiyanının 5,6 % səviyyəsində olacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 2,4 faiz bəndi azdır. Maliyyə qurumu 2028-ci ildə Azərbaycanın inflyasiya göstəricisi ilə bağlı proqnozunu dəyişməyərək 4 % səviyyəsində saxlayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”ndə inflyasiyanın 2022-2026-cı illərdə hər il orta hesabla 6,2 % səviyyəsində proqnozlaşdırılıb. 2023-cü ildə isə 6,9 % səviyyəsində gözlənilir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00