Ana səhifə XəbərlərTarix Ermənilərin Xocavənddəki talanı:

Ermənilərin Xocavənddəki talanı:

 150 min dollar, 10 kisə qızıl-zinət əşyası...

admin2

Ermənistanın İstintaq Komitəsi İrəvandakı “Artsaxbank”ın Azərbaycanın Xocavənd şəhərində qanunsuz fəaliyyət göstərmiş “filialına” məxsus pul və qızıl əşyaların oğurlanması ilə bağlı cinayət işi açıb.
Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan sosial şəbəkədəki səhifəsində yazıb.

Onun məlumatına görə, oktyabrın 6-da bankın Xocavənd “filialının” meneceri İrəvandakı baş ofislə əlaqə saxlayıb və bildirib ki, sentyabrın 22-də Qarabağdan təxliyə olunarkən bütün nağd pulu özü ilə götürüb – təxminən 150 min dollar və 100 balaca kisə qızıl-zinət əşyaları. Ertəsi gün Ermənistana çatdırmaq məqsədi ilə avtomobilinə yerləşdirib. Lakin gecə saatlarında naməlum şəxslər avtomobilə daxil olaraq bütün pulu və qiymətli əşyaları oğurlayıblar.

Bankirin ifadəsi əsasında cinayət işi başlanıb, ibtidai araşdırma aparılır.

Pul və qızıl-zinət əşyalarının menecerin özü tərəfindən də oğurlana biləcəyi ehtimalı araşdırılır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00