Ana səhifə XəbərlərDünya Zaxarovadan Qarabağ və sülhməramlı AÇIQLAMASI

Zaxarovadan Qarabağ və sülhməramlı AÇIQLAMASI

admin2

“Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti son hadisələr nəzərə alınmaqla uyğunlaşdırılacaq”.

Modern.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O deyib ki, sülhməramlıların Qarabağa yeridilməsi şərtləri, o cümlədən sentyabrın 19-20-də baş verən son toqquşmalardan sonra “əhalinin köçü fonunda dəyişib”.

“Sülhməramlılar artıq bir sıra stasionar və müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Moskva Bakı ilə sülhməramlılarla bağlı fundamental məsələləri müzakirə edəcək. Xarici işlər nazirlərinin mümkün üçtərəfli görüşünə gəlincə, Moskva aydınlaşan kimi onun keçirilmə vaxtını açıqlayacaq. Moskva problemin uğurla həll ediləcəyini gözləyir”, – Mariya Zaxarova deyib.

“Məsələ Rusiya Federasiyasının “hamı üçün” prinsipi əsasında mübadilə etməyə çağırdığı Ermənistan və Azərbaycan tərəfləri tərəfindən həll edilməlidir. Saxlanılanlara humanitar hüququn bütün normaları tətbiq edilməlidir. Əgər onların arasında Rusiya vətəndaşları varsa, o zaman Moskva bütün lazımi yardımı göstərəcək”, – sözçü əlavə edib.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya gəlib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00