Ana səhifə XəbərlərHadisə Bakıda ağac evin üzərinə aşıb

Bakıda ağac evin üzərinə aşıb

- VİDEO

admin2

Bakıda qurumuş ağac evin üzərinə aşıb, ciddi ziyan dəyib.

Hadisə Şüvəlan qəsəbəsində “Gənc Kosmonavt” düşərgəsi adlanan ərazidə baş verib.

Hadisə zamanı Zaur Yusifzadəyə məxsus mənzilin hamam hissəsi sıradan çıxıb.

Sakinlərin iddiasına görə, ərazidə təxminən 40-a yaxın qəzalı vəziyyətdə olan ağac var. Onlar deyirlər ki, qurumuş ağcların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib. Amma ağaclar olduğu kimi yerində qalıb.
Məlumata görə, təhlükəli vəziyyətin yarandığı ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gəliblər və qurumuş ağacların kəsilməsinə başlanılıb. Bildirilib ki, qəzalı vəziyyətdə olan digər ağaclar da kəsilərək ərazidən daşınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00