Ana səhifə XəbərlərDünya Türkiyədə üç günlük matəm elan olundu

Türkiyədə üç günlük matəm elan olundu

- Qəzzada ölənlərə görə

admin2

Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

Bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) məlumat yayıb.

Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb.

Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. HƏMAS və İsrail bir-birilərini ittiham edirlər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00