Ana səhifə Xəbərlərİdman “Xarı Bülbül Şuşa” avrokubokda növbəti mərhələyə yüksəldi

“Xarı Bülbül Şuşa” avrokubokda növbəti mərhələyə yüksəldi

admin2

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” Çelenc kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb. 

Şuşa təmsilçisinin 1/32 finalda rəqibi Slovakiyanın “TJ Spartak Myjava” klubu olub.

Bu gün komandalar arasında cavab oyunu keçirilib. Dünən 3:0 hesabı ilə qələbə qazanan dübutant bu dəfə də rəqibini məğlub edib (3:1). Bu qələbələrlə təmsilçimiz 1/16 finala yüksəlib.

Növbəti mərhələdə “Xarı Bülbül Şuşa” Yunanıstanın “Panathinaikos ATHENS” klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq. Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.

Çelenc kuboku
1/32 final mərhələsi
26 oktyabr
(2-ci oyun)
“TJ Spartak Myjava” – “Xarı Bülbül Şuşa” 1:3 (22:25, 25:22, 21:25, 21:25)
(1-ci oyun)
“Xarı Bülbül Şuşa” – “TJ SPARTAK MYJAVA” 3:0 (25:23, 25:21, 27:25)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00