Ana səhifə XəbərlərDünya Azərbaycanın “ŞAH” GEDİŞİ –

Azərbaycanın “ŞAH” GEDİŞİ –

“Pat” vəziyyətində qalan Fransa “mat” OLACAQ?

admin2

Fransanın daha bir niyyəti puç oldu. Rəsmi Paris istəyirdi ki, oktyabrın sonunda Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə çoxtərəfli görüş keçirilsin və təbii ki, görüşdə Fransa da vasitəçi kimi iştirak etsin. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin gərgin iş qrafiki səbəbi ilə bu görüş baş tutmadı. 

Bundan isə ən çox məyus olan Yelisey Sarayındakılar oldu. Çünki, Fransa rəsmiləri hər vəchlə çalışır ki, tərəflər yenidən danışıqlar masasına otursunlar. Lakin Fransanın bütün istək və cəhdlərinə rəğmən Azərbaycan Fransanın vasitəçilik etdiyi danışıqlar prosesində iştirakda maraqlı deyil. Bu da səbəbsiz deyil.Çünki, Fransa vasitəçilik yox, Ermənistanın tərəfdaşı kimi çıxış edir. Bu isə həm danışıqların formatına, həm də Azərbaycanın maraqlarına uyğun deyil.

Fransa nə istəyir?

İlk baxışdan elə fon yaranır ki, Cənubi Qafqazda davamlı sülh olmasını bütün dövlətlərdən daha çox Fransa istəyir. Ona görə də gah Şarl Mişel, gah da Emmanuel Makron gündə bir təşəbbüslə çıxış edir. Lakin bu iki fransızın məqsədi regiona sülh yox, Fransa qoşunlarını Cənubi Qafqaza gətirməkdir. Bu məsələdə heç erməni təəssübkeşliyi də yoxdur. Çünki fransızlar üzdə özlərini ermənilərin müdafiəçisi kimi göstərmək istəsələr də, əslində onlar ermənilərin vasitəsi ilə Cənubi Qafqaza girmək istəyirlər.

Bununla da Makron iqtidarı həm ermənilər qarşısında gözükölgəliklərini aradan qaldırmaq, həm də regionda geosiyasi mənzərəni dəyişmək istəyir. Bunun üçün Fransa höküməti əvvəlcə danışıqlar prosesini bərpa etməyə çalışır. Danışıqlar prosesi bərpa olunduqdan sonra Makronun niyyəti odur ki, əvvəlki bütün razılaşmalar, o cümlədən 10 noyabr Bəyannaməsi və 11 yanvar Anlaşması aradan qaldırılsın, o cümlədən sülh danışıqları yeni formatda “0”dan başlasın. Sonda isə Fransa ən azından sülhməramlı qismində Cənubi Qafqazda peyda olsun.

Bu əslində 26 sentyabr 2020-ci ildəki status-kvonun bərpası cəhdidir. Nə qədər reallıqdan uzaq olsa da fransız siyasilər məsələyə bu cür yanaşırlar.

Fransanın absurd yanaşmasından həvəslənən erməni siyasiləri də sərsəmləyirlər ki, Qarabağ problemi hələ sona yetməyib, hər şey qarşıdadır.

Ermənistan nələri diqqətdən qaçırır?

Rəsmi İrəvan Fransanın qulağa xoş gələn vədlərindən ümidlənərək daxili auditoriyaya deyir ki, hələ heç nə bitməyib. Amma Paşinyan iqtidarı bu cür sərsəm fikirlər səsləndirəndə bir neçə vacib məqamı diqqətdən qaçırır:

– Azərbaycan Fransanın təklif etdiyi sülh danışıqları formatına razı deyil və belə davam edərsə, öz mövqeyini dəyişməyəcək.

– Azərbaycan sülh danışıqlarının bərpasına maraqlıdır. Amma danışıqlar prosesində üçüncü, dördüncü tərəflərin iştirakını istəmir. Azərbaycanın bəyan etdiyi danışıqlar formatı Ermənistan-Azərbaycan təkbətək görüşüdür. Əslində bu format Ermənistana da sərf edəcək formatdır.

Lakin, ermənilərin xarici havadarları bu formatı yaxın buraxmır. Bu da ermənilərin maraqlarına bir zərbədir.

– Fransının hansısa şəkildə bölgədə peyda olmasını heç bir region dövləti istəmir. Rusiya, Azərbaycan, İran və Türkiyə  bir yana heç Gürcüstan da bu fikri yaxın buraxmır. Bu da o deməkdir ki, Ermənistan fransızlara “yaşıl işıq” yandıracağı təqdirdə ən yaxın müttəfiqləri olan Rusiya və İranı itirəcək, həm də onların hərbi-siyasi təzyiqləri ilə üzbəüz qalacaq.

– Fransa Ermənistanla Azərbaycan arasında müharibənin yenidən alovlanmasını istəyir. 10 noyabr 2020-ci ildə kapitulyasiyaya imza atan Ermənistan üçünsə bu sadəcə intihardır.

Status-kvonu dəyişmək imkan xaricindədir

İndiki məqamda Azərbaycan bütün hədəflərinə çatıb və hazırkı status-kvo Azərbaycanı tam qane edir. İndiki status-kvonu dəyişməksə nəinki Fransanın, bütövlükdə Qərbin gücü xaricindədir.

Məlumdur ki, Azərbaycanın apardığı uğurlu xarici siyasət hesabına qlobal güclərin Ermənistan-Azərbaycan münaqişəsində maraqları tamamilə neytrallaşdırılıb.  Fransa və Almaniya istisna olmaqla həm Qərb dövlətləri, həm də Rusiya Azərbaycanın irəli sürdüyü çağırışlarla tam razıdır.

Hətta molla-fars rejimi sülh bayrağı qaldırıb. Dünənə qədər Zəngəzur dəhlizini özü üçün qırmızı xətt hesab edən İran dövləti də Azərbaycanın moderator olduğu 3+3 formatından ikiəlli yapışıb.

Azərbaycandan Fransaya təklif

Fransanın canfəşanlığını nəzərə alan Azərbaycan rəsmi Parisə unikal təklif göndərib. Belə ki, Azərbaycan Fransaya Afrikada keçmiş müstəmləkəsi olan ölkələrlə problemlərinin həllində vasitəçilik edə biləcəyi təklifini verib. Bu, rəsmi Parisin Cənubi Qafqazda “vasitəçilik” adı altında erməni maraqlarını müdafiə etməsi və proseslərə müdaxilə cəhdləri fonunda bir şahmat gedişdir.

Hazırda Makron höküməti pat vəziyyətindən çıxmaq üçün yollar axtarır. Makron kimi lideri olan bir dövlətin Azərbaycanın “şah”  gedişi qarşısında “xod” edə biləcəyi isə heç inandırıcı görünmür.(Bizim.Media)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00