Xankəndi şəhər stadionunda təmir işlərinə başlandığı söylənilir.
Ağdam təmsilçisi “Qarabağ” futbol klubunun sözügedən arena ilə bağlı adının müsbət mənada hallanmasından sonra informasiyanın gerçəkləşəcəyi real görünür.
Bu mövsüm Premyer Liqa, yaxud ölkə kubokunun bir neçə matçı bu stadionda baş tuta bilər.
Məlumata görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb.
“Qarabağ” rəhbərliyinin hətta Xankəndiyə səfər etdiyi də yayılan informasiyalar arasında yer alıb.
Sözügedən arenanın tutumu 15 min nəfərdir.
Həmçinin bildirilirdi ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruzə edib.
P.S.: Xəbərin əsas fotosu montajdır və mətnə uyğun seçilib. Tezliklə bu şəkildə və ya bundan da yaxşı formada görmək ümidi ilə.