Ana səhifə XəbərlərMədəniyyət Bakıda “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq

Bakıda “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq

admin2

Dekabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Şöhrət” ordenli Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçiriləcək sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gətirdiyi 50-yə yaxın sənət əsəri nümayiş olunacaq.

Sərginin ekspozisiyasını Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xəzər Muzey Mərkəzinin kolleksiyasından təsviri sənətin rəngkarlıq, qrafika növünə aid əsərlər, dekorativ-tətbiqi sənətin şüşə, keramika sahələrində yaradılmış nümunələr təşkil edəcək.

Tədbirdə Şah İsmayıl Xətai, General Əliağa Şıxlinski, Məhəmməd Füzuli, İlyas Əfəndiyev, Rasim Babayev, İzzət Orucova kimi dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinə həsr edilmiş portretlər, sevimli Abşeron mənzərələri, zəngin dekorativliyə və rəng həllinə malik folklor motivli tablolar, “Azərbaycan lirikası” keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatları sənətkarın 1950-ci illərdə başlanan uzun, çoxşaxəli yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini dolğun şəkildə izləməyə imkan verəcək.

İncəsənətə böyük töhfələr verən, yüksək bədii-emosional təsir qüvvəsinə malik portret, mənzərə, süjetli-tematik, natürmort janrlarında əsərlər yaradan görkəmli sənətkar Tofiq Ağababayevin sərgisi yanvarın 10-dək davam edəcək.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00