Ana səhifə XəbərlərMədəniyyət “Vətən daşı… və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olunacaq

“Vətən daşı… və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olunacaq

admin2

Dekabrın 20-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyasının “Vətən daşı… və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olunacaq.

Bu filmlər Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Mətləb Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir.

Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika “Xatirə Kitabı” redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Bu kitabda, əsasən İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.

Respublika “Xatirə Kitabı”nın iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, respublika “Xatirə Kitabı”nı yaddaşımızın abidəsi adlandırırlar. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, heç kim unudulmur, heç nə yaddan çıxmır!.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika “Xatirə Kitabı” redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss edir, bu istiqamətdə araşdırma işləri aparır və bu ənənəni hazırda da davam etdirməkdədir.

Respublika “Xatirə Kitabı” redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab çap edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00